20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Yunanıstan eynicinslilərin nikahını qanuniləşdirir
Tarix: 11-01-2024 02:18 | Bölmə: Cəmiyyət
Yunanıstan eynicinslilərin nikahını qanuniləşdirir

Yunanıstan eynicinsli nikahları qanuniləşdirmək və eynicinsli cütlüklərə övladlığa uşaq götürməyə icazə vermək niyyətindədir.

Reyting.az
-ın məlumatına görə, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis yerli telekanallardan birinin efirində deyib.

Mitsotakisin fikrincə, eynicinsli nikahların və homoseksual cütlüklərin övladlığa uşaq götürməsini qanuniləşdirmək üçün qanunvericilik təşəbbüsləri bir çox Avropa ölkələrində mövcud olanlardan köklü şəkildə fərqlənmir.

Bununla belə, o, "tək kişi surroqat anadan uşaq sahibi ola bilməyəcək",- deyib.

Mitsotakis əmin edib ki, Yunanıstan hökumətinin eynicinsli cütlüklərin evlənməsi və övladlığa uşaq götürməsi ilə bağlı xüsusi qanunvericilik təklifi ilk növbədə ictimai müzakirəyə təqdim olunacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər