Bakıda rabitə naqilini oğurlayan şəxs saxlanılıb
Tarix: 11-01-2024 11:00 | Bölmə: Cəmiyyət
Bakıda rabitə naqilini oğurlayan şəxs saxlanılıb

Bakı şəhərinin Nərimanov rayonunda rabitə naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Gözəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq