Bakıda bir ailənin 6 üzvü qidadan zəhərlənib
Tarix: 11-01-2024 13:17 | Bölmə: Cəmiyyət
Bakıda bir ailənin 6 üzvü qidadan zəhərlənib

Bakının Xəzər rayonun Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub: "Onlardan 3 nəfər böyük (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir".




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}