20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
44 ildən çox həbsdə saxlanılan şəxsə 25 milyon dollar təzminat ödənəcək
Tarix: 11-01-2024 16:55 | Bölmə: Cəmiyyət
44 ildən çox həbsdə saxlanılan şəxsə 25 milyon dollar təzminat ödənəcək

ABŞ-ın Şimali Karolina ştatında 54 yaşlı qadına təcavüz etdiyinə görə 44 il həbs cəzası çəkmiş qaradərili Ronnie Lonqun təqsirsiz olduğu üzə çıxıb.

Reyting.az
xəbər verir ki, ABŞ Apellyasiya Məhkəməsinin hakimi Stephanie Thaker “polisin qəsdən maddi sübutları gizlətdiyi bəlli olduqdan sonra” 2020-ci ildə Lonq haqqında hökmün ləğv edildiyini bildirib.

Haqsız yerə 44 il 3 ay 17 gün həbsdə saxlanılan Lonqun vəkilləri razılaşdırılmış rəqəmi (25 milyon dollar kompensasiyanı) ölkədə “ən böyük haqsız yerə məhkumluq zərərlərindən biri” kimi qiymətləndiriblər.

Lonqun təzminat iddiası qaldırdığı Konkord Şəhər Şurasının yazılı açıqlamasında deyilir:

“Konkord şəhəri Lonqun haqsız yerə məhkum edilməsinə səbəb olan əvvəlki şəhər işçilərinin əhəmiyyətli səhvləri və qəsdən sui-istifadələri üçün məsuliyyəti qəbul edir”.

ABŞ mətbuatı yazır ki, 68 yaşlı Lonq 1976-cı ildə, 21 yaşında olarkən “ağdərili qadını zorlamaq və oğurlamaqda” təqsirli bilinib və tamamilə ağ dərilərdən olan münsiflər heyətinin qərarı ilə həbs cəzasına məhkum edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər