20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Deportasiya olunmuş ukraynalı uşaqlar Belarusda hərbi təlimə cəlb edilib
Tarix: 11-01-2024 17:19 | Bölmə: Cəmiyyət
Deportasiya olunmuş ukraynalı uşaqlar Belarusda hərbi təlimə cəlb edilib

Onlarla ukraynalı uşaq Belarusa aparılaraq Belarus hərbçiləri ilə birgə təcili təlimə cəlb erdilib.

Reyting.az
“Politico” nəşrinə istinadla bildirir ki, Belarus dövlət telekanalının məlumatına görə, Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi Ukraynanın şərqindəki Antrasit şəhərindən olan 35 uşaq Belarusun şərqindəki Mogilev şəhərinə göndərilib və orada onlara “ekstremal vəziyyətdə özünü necə aparmağı” öyrədiblər.

Hesabatdan görünür ki, uşaqlar - bəziləri qollarında Rusiya bayraqları olan idman kostyumu geyiniblər.

Xatırladaq ki, martın ortalarında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova və prezident Vladimir Putinin həbsinə order verib. Onlar ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə ittiham olunurlar.

Yayda Avropa Parlamentinin üzvləri Beynəlxalq Cinayət Məhkəməsini uşaqların qanunsuz çıxarılmasında iştirakına görə Aleksandr Lukaşenkonun həbsinə order verilməsi məsələsinə baxmağa çağırıblar.

Yale Universitetinin araşdırması göstərir ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin mayına qədər Ukraynanın Rusiya qoşunlarının işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən 6-17 yaş arası 2400-dən çox ukraynalı uşaq Belarusa deportasiya edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər