13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sabah qar yağacaq
Tarix: 12-01-2024 13:05 | Bölmə: Cəmiyyət
Sabah qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də havanın gün ərzində arabir yağıntılı olacağı, gündüzdən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və gündüz 4°-yə yaxın isti, axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb