Nazirlik hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Tarix: 13-01-2024 18:08 | Bölmə: Cəmiyyət
Nazirlik hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib. Buna səbəb 14-16 yanvar tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalıdır.

Reyting.az
DİN-nin mətbuat xidmətinə istinadla bildirir ki, sürücülər sürət həddini hava şəraitinə uyğun tənzimləməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir. Təcrübəsi az olan sürücülərə buz bağlayan yollarda avtomobil idarə etmək tövsiyə olunmur.

Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnika çıxarılacaq.

DİN vətəndaşlardan xahiş edir ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər.





Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}