200-dən artıq avtomobil Şamaxı-İsmayıllı yolunda qalıb - Yenilənib
Tarix: 13-01-2024 20:35 | Bölmə: Cəmiyyət
200-dən artıq avtomobil Şamaxı-İsmayıllı yolunda qalıb

Güclü qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.

Reyting.az
"Report"a istinadla bildirir ki, hazırda 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumata əsasən, Muğanlı yolunda qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm-dən artıqdır və yollar buz bağlayıb.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəza baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

***

Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olunub.


"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların xeyli sayda canlı qüvvəsi və texnikası cəlb edilib.

İsmayıllı yolunda isə vəziyyət ağır olaraq qalır. Hazırda həmin ərazidə də təxirəsalınmaz zəruri işlər həyata keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}