İlon Mask iş görən robotun görüntülərini paylaşıb
Tarix: 16-01-2024 08:29 | Bölmə: Cəmiyyət
İlon Mask iş görən robotun görüntülərini paylaşıb

Milyarder İlon Mask CEO-su olduğu “Tesla” tərəfindən hazırlanan Optimus adlı insanabənzər robotun köynək qatladığı anları paylaşıb.

Reyting.az
xəbər verir ki, İlon Maskın baş direktoru olduğu “Tesla” şirkətinin hazırladığı Optimus adlı insanabənzər robot gündən-günə irəliləyişlərə davam edir.

Mask 2021-ci ildə təqdim edilən robotun köynək qatladığı anların görüntülərini sosial media hesabında paylaşaraq “Optimus köynək qatlayır. Optimus bunu hələ avtonom şəkildə edə bilməz, lakin o, mütləq bunu tam avtonom şəkildə və təsadüfi mühitdə edə biləcək”,- yazıb.

Qeyd edək ki, keçən il Optimusun obyektləri çeşidləyə, tək ayaq üstə dayana, yoqa və meditasiya hərəkətləri edə biləcəyi ilə bağlı bir şəkil paylaşılmışdı.

[media=http://https://www.youtube.com/shorts/hbonPk4mEzc]

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}