Maskın startapı süni intellekt üçün 500 milyon dollar toplayıb - “Bloomberg”
Tarix: 20-01-2024 17:41 | Bölmə: Cəmiyyət
Maskın startapı süni intellekt üçün 500 milyon dollar toplayıb

İlon Maskın əsasını qoyduğu Amerikanın süni intellekt üzrə startap şirkəti “Xai” investorlardan 500 milyon dollar alıb.

Reyting.az
xəbər verir ki, bu barədə danışıqlardan xəbəri olan şəxslərə istinadla “Bloomberg” yazıb.

Şərtlərin yaxın həftələrdə dəyişə biləcəyinə baxmayaraq, şirkətin 15-20 milyard dollar dəyərində qiymətləndirməni müzakirə etdiyi bildirilir.

Maskın özü Netvork “X”-də (keçmiş Twitter) mesajın “saxta xəbər” olduğunu yazıb.

İş adamı bildirib ki, “X” investorlar “xAI”-nin 25 faizinə sahib olacaqlar. Praktikada bu o deməkdir ki, onlardan “X”-ə yatırdıqları məbləğin ən azı 25 faizini “xAI”-a yatırmaq tələb olunur.

Mask və investorların yaxın bir neçə həftə ərzində şərtləri yekunlaşdıracağı gözlənilir.

Xatırladaq ki, Mask ötən ilin dekabrında demişdi ki, onun süni intellekt şirkəti vəsait toplamır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}