"Ali təhsil haqqında" qanun dəyişir
Tarix: 22-01-2024 10:01 | Bölmə: Cəmiyyət
"Ali təhsil haqqında" qanun dəyişir

"Ali təhsil haqqında" qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iş planına daxil edilib.

Reyting.az
xəbər verir ki, layihə yaz sessiyası müddətində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, parlamentin Elm və təhsil komitəsində hazırlanana "Ali təhsil haqqında" qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir.

Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək(Report).




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}