13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Kosmosdakı erməni peyki ciddi problemləri həll edə bilmir
Tarix: 22-01-2024 16:58 | Bölmə: Cəmiyyət
Kosmosdakı erməni peyki ciddi problemləri həll edə bilmir

2023-cü ildə kosmosa buraxılan erməni peyki ciddi və elmi problemləri həll etmir.

Reyting.az
xəbər verir ki, bu barədə Byurakan Rəsədxanasının direktoru Areq Mikaelyan bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin dekabrında orbitə buraxılan belə kiçik peyk ciddi problemləri həll etmək gücündə deyil. O, izah edib ki, burada fenomenin özü vacibdir - erməni peykinin kosmosa buraxılması.

“Bu gün peyk yaratmaq o qədər də çətin deyil, İsraildə bunu hətta məktəblilər də edir”, - Mikaelyan əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın kosmosda üç ciddi peyki var ki, onların təsvirləri Ermənistan ordusunun hərbi texnikası və şəxsi heyətinin yerləşdiyi yer barədə məlumat əldə etməyə imkan verə bilər.

Rəsədxana direktoru izah edib ki, Ermənistan kosmosa daha ciddi peyk buraxmaq istəyirsə, ən azı 200 min dollar xərcləməlidir. O, təhlükəsizlik problemlərini nəzərə alaraq bu sahənin daha fəal şəkildə inkişaf etdirilməsinə çağırış edib.

Xatırladaq ki, 2023-cü il dekabrın 1-də “SpaceX” şirkətinin “Falcon 9” raketi yerli mütəxəssislər tərəfindən hazırlanmış ilk erməni peyki “Hayasat-1” ilə kosmosa çıxıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}