13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Tarix: 23-01-2024 15:04 | Bölmə: Cəmiyyət
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarına gəldikdə isə, yanvarın 24-ü axşamadək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi aran) yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görünüşün məhdudlaşacağı, 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı ehtimalı var.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}