Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub - Yenilənib
Tarix: 23-01-2024 16:33 | Bölmə: Cəmiyyət
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub

Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.

Reyting.az
xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.

Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.

***

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, iki nəfər xəsarət alıb.

Məlumata görə, hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Babayev İlkin Cahangir oğlu, Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır(Report).

***

Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.


TƏBİB-dən Reyting.az-a verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}