Gürcüstanın elm və təhsil naziri Azərbaycana gəlib
Tarix: 24-01-2024 11:39 | Bölmə: Cəmiyyət
Gürcüstanın elm və təhsil naziri Azərbaycana gəlib

Gürcüstanın elm və təhsil naziri Qiorqi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 24-də Azərbaycana səfərə gəlib.

Məlumata görə, o, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycanın elm və akademik dairələrində olacaq.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}