Şahlar Əsgərov: “Kişi müəllimlər qadın həmkarlarından daha çox maaş almalıdır”
Tarix: 24-01-2024 17:19 | Bölmə: Cəmiyyət
Şahlar Əsgərov: “Kişi müəllimlər qadın həmkarlarından daha çox maaş almalıdır”

Azərbaycanda orta məktəb şagirdləri arasında zorakılığın artması, əxlaqi davranışlarda qüsurların meydana çıxması kimi hallar kişi müəllimlərə olan tələbatı yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə kişi müəllimləri məktəblərə cəlb etməyin yolları ilə bağlı çoxsaylı müzakirələr aparılır.

Vətəndaşlar problemin əsas məğzini əməkhaqqının qaneedici səviyyədə olmaması ilə əlaqələndirirlər. Bu da insanların beynində yeni bir sual yaradır:

Ailə başçısı və böyük məsuliyyət daşıyıcıları olduqları üçün kişi müəllimlərə qadın həmkarlarına nisbətən daha çox maaş vermək mükndürmü?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri, Əməkdar elm xadimi, professor və təhsil eksperti Şahlar Əsgərov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, kişi müəllimlərin məktəblərə cəlb edilməsi çox əhəmiyyətli bir mövzudur:

“Şərq təfəkküründə böyüdüyümüz üçün Azərbaycanda ailələrin idarəetməsi fərqli formada özünü büruzə verir. Bizdə ailənin güzəranı, iqtisadi gəlirləri əksər hallarda kişinin üzərinə düşür.

Məktəb ruhunu kişi müəllimlər formalaşdırmalıdır. Kişi müəllimlərə elə maaş verilməlidir ki, onlar öz yaşayışlarını təmin edə bilsinlər. Beləliklə, qayğısız müəllimlər diqqətlərini tədrisə və təhsilə daha yaxşı fokuslaya biləcəklər”.

O əlavə edib ki, kişi müəllimlər qadın müəllimlərdən daha çox maaş almalıdır:

“Təhsil həm tədrisdir, həm də tərbiyədir. Azərbaycanda tərbiyə tamamilə yaddan çıxıb. Kişi müəllimlərin tərbiyə vermək potensialı daha yaxşıdır. Hətta bir çox Avropa ölkələrində “bağça”ların müəllimləri kişi müəllimlərindən seçilir. Kişi müəllimlərin məktəbə cəlb olunması cəmiyyətin gənc təbəqəsinin yaxşı təhsil almasına təsir edən faktorlardan biridir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}