13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
6 nömrəli məktəblə bağlı iclas keçirilib, şagirdlərdən biri başqa məktəbə köçürülüb
Tarix: 24-01-2024 17:46 | Bölmə: Cəmiyyət
6 nömrəli məktəblə bağlı iclas keçirilib, şagirdlərdən biri başqa məktəbə köçürülüb

6 nömrəli məktəb-liseydə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən cinsi istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.

Reyting.a
z xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib".

O, əlavə edib ki, Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib: "Məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb".




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb