Səudiyyə Ərəbistanında ilk dəfə spirtli içki mağazası açılacaq
Tarix: 24-01-2024 20:35 | Bölmə: Cəmiyyət
Səudiyyə Ərəbistanında ilk dəfə spirtli içki mağazası açılacaq

Səudiyyə Ərəbistanı ilk dəfə spirtli içki mağazasını açmağı planlaşdırır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, mağaza yalnız qeyri-müsəlman diplomatlara xidmət göstərəcək.

Məlumata görə, mağazaya baş çəkmək üçün diplomatlar xüsusi ərizə ilə qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır və qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}