Bir neçə şəxsin pulunu mənimsəyən şəxs saxlanılıb
Tarix: 25-01-2024 08:26 | Bölmə: Cəmiyyət
Bir neçə şəxsin pulunu mənimsəyən şəxs saxlanılıb

Quba rayonunda sosial yardım, pensiya düzəltmək adı ilə bir neçə şəxsin pulunu mənimsəyən şəxs saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan bildiriblər.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ülkər Kərimova saxlanılıb. O, özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pullunu mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini etiraf edib.

Ü. Kərimovanın əməllərindən zərər çəkən şəxslərdən DİN-nin “102 Xidməti Zəng Mərkəzi”nə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}