Məleykə Abbaszadə: "Hər bir imtahanın keyfiyyəti nəzarətçilərin gördüyü işdən asılıdır"
Tarix: 25-01-2024 11:31 | Bölmə: Cəmiyyət
Məleykə Abbaszadə: "Hər bir imtahanın keyfiyyəti nəzarətçilərin gördüyü işdən asılıdır"

"Hər bir imtahanın keyfiyyəti ona nəzarət edən şəxslərin gördüyü işdən asılıdır".

Reyting.az
"Report"a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə çıxışında deyib.

Onun sözlərinə görə, mərkəzin bazasında 15 minə yaxın zal nəzarətçisi var: "Ümumilikdə isə 62 693 nəfər imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı sistemdə qeydiyyatdadır. Bundan başqa, 4 004 ekspert, marker və tərçüməçi var".

M.Abbaszadə bildirib ki, magistr səviyyəsi üzrə nəzarətçilərin göstərici 9 %-dir: "İstərdim ki, gələcəkdə bu say daha da artsın. A sertifikatlı müəllimlərin sayı 1 %, B sertifikatlı müəllimlərin sayı isə 16 % təşkil edir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}