25 min hinduşka məhv ediləcək
Tarix: 25-01-2024 14:55 | Bölmə: Cəmiyyət
25 min hinduşka məhv ediləcək

Danimarkada “quş qripi” epidemiyası səbəbindən 25 min hinduşkanın məhvinə qərar verilib.

Reyting.az
bildirir ki, bu barədə “DR” məlumat yayıb.

25 min hinduşkanın saxlandığı fermada yüksək patogenli “quş qripi” aşkar edildiyi üçün quşların məhvinə hazırlıqlar başlayıb.

Quşları öldürməklə yanaşı, virusun yayılma riskini azaltmaq üçün fermanın ətrafında sanitar nəzarət zonası qurulacaq.

Bu, 2024-cü ildə ölkədə H5N1 “quş qripi” aşkarlanan ilk haldır.

Qeyd edək ki, “quş qripi” insanlara çox nadir hallarda ötürülür, lakin quşlar üçün ölümcüldür.

Son illərdə virus bir çox Avropa ölkələrində quşçuluq və ümumiyyətlə heyvandarlıq üçün böyük problemə çevrilib. 2022-ci ildə isə bu sahədə daha acınacaqlı vəziyyət yaranmışdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}