Bakıda şagirdi təhqir edən müəllimə töhmət verilib
Tarix: 25-01-2024 16:23 | Bölmə: Cəmiyyət
Bakıda şagirdi təhqir edən müəllimə töhmət verilib

Bakıda şagirdə qarşı kobud davranan müəllimə töhmət verilib.

Bu barədə 317 nömrəli tam orta məktəbdən bildiriblər.

Qeyd olunub ki, ötən ilin noyabr ayında məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib: "Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb".

Qeyd edək ki, sosial şəbəkədə həmin məktəbin müəlliminin şagirdlə kobud davranışını özündə əks etdirən görüntülər yayılıb.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}