20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prezidentin xüsusi nümayəndəsi: "Ətraf mühitin qorunması prioritetdir"
Tarix: 26-01-2024 13:38 | Bölmə: Cəmiyyət
Prezidentin xüsusi nümayəndəsi: "Ətraf mühitin qorunması prioritetdir"

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunmasının əsas prioritet olduğunu bildirib.

O, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

"Təkcə keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə 9 kənd, 1 qəsəbə, 3 şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Bu yaşayış kompleksləri insanların qayıdışlarına töhfə olacaq", - xüsusi nümayəndə qeyd edib.

V.Hacıyev vurğulayıb ki, hazırda bu istiqamətdə böyük işlər aparılır: "Cəbrayılın özündə də günəş elektrik stansiyaları tikiləcək. Gələcəkdə bütün inzibati binalarımızda, inşa olunan kəndlərdə "yaşıl enerji"yə töhfə üçün onlardan istifadə ediləcək. Bütün bu tikililərin hamısı bərpa olunan enerji vasitəsilə həyata keçirilir. Ağalı kəndində də bərpa olunan enerji vasitəsilə bütün enerji təminatı təmin edilir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası innovativ yanaşmalar tətbiq olunacaq"(Report).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər