14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Avtomat silahla gəzən və narkotik satan şəxslər tutulub
Tarix: 27-01-2024 09:03 | Bölmə: Cəmiyyət
Avtomat silahla gəzən və narkotik satan şəxslər tutulub

Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupuna istinadla bildirir ki, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində M. Axundovun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb. Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}