Nazirlik rəsmisi: "Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb"
Tarix: 21-08-2024 15:24 | Bölmə: Cəmiyyət
Nazirlik rəsmisi: "Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb"

"Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb".

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, sadəcə bir neçə yoluxma halı qeydə alınıb: "Bu da o deməkdir ki, hələ də infeksiya mənbəyi var. Bu səbəbdən peyvənddən kənarda qalan uşaqları mütləq vaksinasiyadan keçirmək lazımdır. Çünki infeksiya mənbəyi varsa və qızılca hava-damcı yolu ilə keçdiyindən xəstəlik hələ də gündəmdədir”.

Nazirlik bildirib ki, ölkədə qızılca əleyhinə kifayət qədər vaksin var(Report).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər