Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırıb…"
Tarix: 21-08-2024 18:02 | Bölmə: Cəmiyyət
Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırıb…"

Bakıda intihar hadisəsi baş verib.

Paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsi 11 ünvanında baş verən intihar hadisəsinin bəzi təfərrüatı məlum olub.

Məlumata görə, əslən Biləsuvar rayonundan olan 1979-cu il təvəllüdlü Sədi Zöhrablı kəndir vasitəsilə özünü asıb.

Hadisə yerinə ilk olaraq qardaşının gəldiyi bildirilib. O, pəncərəni qıraraq qapını açıb, qardaşını kəndirdən azad edib.

Qeyd edilib ki, "Atasığorta" şirkətinin Memar Əcəmi filialının rəhbəri olan S.Zöhrablı ailəli olub və üç övladı var.

Məlumat üçün bildirək ki, Sədi Zöhrablının atası Fail Məmmədov əməkdar həkimdir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır(Oxu.az).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər