37 ilin ən böyük fəlakəti... - 3 milyondan çox insan qapalı vəziyyətdədir
Tarix: 23-08-2024 08:29 | Bölmə: Cəmiyyət
37 ilin ən böyük fəlakəti... - 3 milyondan çox insan qapalı vəziyyətdədir

Leysan yağışların səbəb olduğu daşqınlar Banqladeşin cənub-şərqində 3 milyondan çox insanın qapalı vəziyyətdə qalması ilə nəticələnib.

Reyting.az
“The Daily Star” qəzetinə istinadla bildirir ki, dünəndən etibarən 8 bölgədə təsirli olan leysan ölkədə vəziyyəti daha da pisləşdirib.

Üç milyondan çox insan daşqınlar səbəbiylə qapalı qalarkən, hamilə qadını sel suları aparıb.

Feni və Noakhali daşqından ən çox zərər çəkən bölgələrdir. Bəzi bölgələrdə isə elektrik enerjisi kəsilib.

Yerli sakinlər belə güclü yağışın və daşqının 1987-ci ildən bəri müşahidə edilmədiyini, son 37 ilin ən böyük fəlakətinin baş verdiyini bildiriblər.

Dünən leysan yağışlar səbəbindən 1,5 milyondan çox insanın köməksiz vəziyyətdə qalıb.

İddialara görə, Hindistanda Qomti çayının bənd qapıları açılıb. Hindistanın bənd qapılarını açmasından sonra Banqladeşdə baş verən daşqın nəticəsində onlarla yaşayış məntəqəsi və kənd təsərrüfatı sahəsi su altında qalıb.

Qeyd edək ki, Banqladeşin baş naziri Hasina Hindistana qaçdıqdan sonra rəsmi Dehli 1984-cü ildən bəri ilk dəfə Qomti çayının bənd qapılarını açıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər