Rasim Məmmədovun kassasiya şikayəti icraata verilib
Tarix: 30-08-2024 11:50 | Bölmə: Cəmiyyət
Rasim Məmmədovun kassasiya şikayəti icraata verilib

“Baku Steel Conpany”nin şirkətinin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti icraata verilib.

Məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasımın vaxtı hələlik açıqlanmayıb.

O, şikayət ərizəsində barəsindəki ittihamların əsassız olduğunu, bəraət qərarının çıxarılmasını istəyib.

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib və 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə, Rasim Məmmədovun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə isə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib(Pravda).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər