13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Lənkəranda əməliyyat: 3 nəfər 11 kq narkotiklə saxlanılıb
Tarix: 03-09-2024 10:49 | Bölmə: Cəmiyyət
Lənkəranda əməliyyat: 3 nəfər 11 kq narkotiklə saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 36 yaşlı Babək İsayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, B.İsayevdən tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Həyata keçirillən digər tədbirlərlə isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Vidadi Fərəcov və Hikmət Quliyev saxlanılıblar. Onların Aşağı Nüvədi qəsəbəsi ərazisindəki otlaq sahəsində əkdikləri çətənə bitkiləri əşkarlanıb.

Araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq