“NomadMania” səyyah klubunun üzvləri Şuşaya gediblər
Tarix: 24-04-2025 12:22 | Bölmə: Cəmiyyət
“NomadMania” səyyah klubunun üzvləri Şuşaya gediblər

Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Şuşa şəhərinə səfəri başlayıb.

Reyting.az
xəbər verir ki, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Budəfəki səfər zamanı dünyanın 30 ölkəsinin - ABŞ, Böyük Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Syerra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər Qarabağa səfər edib.

6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin Qarabağ və Şərqi Zəngəzura 12 səfəri baş tutub.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:45 Sabah yağış yağacaq