Yanğın baş verən ərazidə hər iki istiqamətdə yol açıldı - Ramiz Zeynalovdan açıqlama
Tarix: 10-12-2019 12:08 | Bölmə: Cəmiyyət
Yanğın baş verən ərazidə hər iki istiqamətdə yol açıldı - Ramiz Zeynalovdan açıqlama

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov "EuroHome” tikinti materialları bazarında baş verən yanğın yerinə gəlib.

Jurnalistlərə açıqlama verən R.Zeynalov DYP-nin şəxsi heyətinin, həmçinin Post Patrul xidmətinin, eləcə də digər əlaqəli qurumların səfərbər olunduğunu qeyd edib.

Onun sözlərinə görə, hazırda hər iki istiqamətdə yol açıqdır:

"Müəyyən sıxlıq var və bunun da aradan qaldırılması üçün tədbirlər görülür. Hesab edirəm ki, əhali bu işdə bizə kömək edir. Sürücülər diqqətli və təmkinli olmalıdır. Mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər