12:02 / 19-11-2025
Federasiya prezidentini, vitse-prezidenti və baş məşqçini həbsdən buraxıblar
12:02 / 19-11-2025
Ağdama növbəti köç karvanı gedib
11:57 / 19-11-2025
ABŞ Ukrayna üçün 105 milyon dollarlıq “Patriot” paketini təsdiqləyib
11:48 / 19-11-2025
Bakıda yataqxanada yanğın olub - 3 nəfər təxliyə edilib
11:45 / 19-11-2025
Avropanın iki məşhur müğənnisi eyni vaxtda intihar edib
11:32 / 19-11-2025
Ruslar iki şəhəri raketlə vurub
11:24 / 19-11-2025
Məcnun Məmmədov 842 minlik layihəni tendersiz həyata keçirib
11:23 / 19-11-2025
Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb
11:14 / 19-11-2025
Milli Məclisdə büdcə müzakirələri başlayıb
10:59 / 19-11-2025
Meyitdən dializ xəstəsinə böyrək köçürülüb
10:57 / 19-11-2025
Gələn il pensiyalar nə qədər artırıla bilər? - Açıqlama
10:52 / 19-11-2025
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
10:20 / 19-11-2025
Xalq artisti Roza Cəlilova vəfat edib
09:57 / 19-11-2025
Bakı Şəhər İcra Hakimiyyəti rayonlara cavabdeh şəxslər təyin edib
09:50 / 19-11-2025
Xarkova hücum: onlarla insan yaralanıb, şəhər viran qalıb
09:12 / 19-11-2025
Quldurluq etməkdə şübhəli şəxslər saxlanılıb
09:06 / 19-11-2025
On iki kənd və bir qəsəbədə elektrik enerjisi kəsiləcək
08:54 / 19-11-2025
ABŞ ordusunun nümayəndə heyəti Kiyevə gəlib
08:45 / 19-11-2025
Dolina mənzil lotereyası ilə bağlı yazısını silib
08:31 / 19-11-2025
Kompüter insidentlərinə qarşı necə mübarizə aparmalı?
08:25 / 19-11-2025
Yaponiyada müdhiş yanğın: 170-dən çox bina məhv olub
08:16 / 19-11-2025
Vaşinqton Ukrayna münaqişəsi üçün gizli plan hazırlayır
01:22 / 19-11-2025
Moskvaya hücum edən PUA-lar vurulub
01:03 / 19-11-2025
Trampın nüfuzu ən aşağı səviyyəyə düşüb
00:46 / 19-11-2025
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub - Fotolar
00:24 / 19-11-2025
Robotları müəssisələrdə işləməyə göndəriblər
22:39 / 18-11-2025
Ukrayna ABŞ-nin ATACMS raket sistemləri ilə Rusiyaya zərbə endirib
21:13 / 18-11-2025
Rusiya ordusu Donetsk bölgəsində irəliləyir - Foto
20:50 / 18-11-2025
Finlandiya silah-sursat almaq üçün 1 milyard avro borc götürəcək
20:38 / 18-11-2025
Fidan: Azərbaycan və Ermənistan tarixi fürsətdən istifadə etməlidir
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
18:46 / 15-11-2025
Xalq artisti Yaşar Nurinin qızı dünyasını dəyişib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
13:27 / 14-11-2025
Xocalıya daha iki köç karvanı gedib - (Yenilənib) - Fotolar
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
Bakıda 2 nəfər saxta içkidən zəhərlənərək ölüb, saxlanılanlar var
Tarix: 26-12-2019 15:17 | Bölmə: Cəmiyyət

Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də "zəhərlənmə" diaqnozu ilə xəstəxanaya daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə zəhərlənərək xəsarət almaları faktları ilə bağlı Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, aparılan istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nəsimi rayonu, Tbilisi prospektində yerləşən «Baku City» restoranında, vəfat etmiş Mustafa Mustafayevin isə paytaxtın Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 251 ünvanında yerləşən «Everest» restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş "Chivas Regal 12» markalı spirtli içkilərini «Baku City» restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə «Everest» restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilmişdir.
İstintaq zamanı X.Cəfərovun spirtli içkiləri hazırladığı və icarəyə götürdüyü paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icarəyə götürdüyü iki mərtəbəli evə baxış keçirilən zaman, orada 2 ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunmuşdur.
Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunmuş, həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyən edilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşlar.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı şəhər prokurorluğunun 498-10-54 nömrəli telefon və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:48
Bakıda yataqxanada yanğın olub - 3 nəfər təxliyə edilib
Bu gün, 08:25
Yaponiyada müdhiş yanğın: 170-dən çox bina məhv olub
Bu gün, 00:24
Robotları müəssisələrdə işləməyə göndəriblər
Dünən, 17:01
Yeni kosmik təyyarənin sınağı uğurlu olub
Dünən, 12:17
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 12:00
Dekan müavininin müəllimə qarşı şikayəti rədd olunub
17-11-2025, 18:14
Dünyanın ən bol sulu çayları hansılardır?
17-11-2025, 17:00
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
17-11-2025, 15:57
Sosial şəbəkədə yüzlərlə şəxsi aldadan şəxslər ifşa edilib
17-11-2025, 14:50
Ümrə yolunda qəza: Səudiyyə Ərəbistanında 45 nəfər ölüb
17-11-2025, 14:16
Emin Əmrullayev: "Bu, 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək"
17-11-2025, 13:04
İmişlidə karxanada qəza: sürücü ölüb
17-11-2025, 12:35
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
17-11-2025, 12:07
Sabahın hava proqnozu açıqlanıb
17-11-2025, 11:38
Azərbaycan WUF13 çərçivəsində liderlərin sammitinə ev sahibliyi edəcək
17-11-2025, 10:02
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
17-11-2025, 09:28
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
17-11-2025, 06:01
Dünyanın ən nəhəng abidələri
15-11-2025, 22:22
Bakıda yaşayış binasında yanğın olub - Video
15-11-2025, 09:08
Dəyəri 90 milyon dollardan çox olan heroin aşkar edilib - Fotolar
14-11-2025, 15:24
"Bakı Metropoliteni"ndə departament rəisi vəzifəsinə təyinat olub
14-11-2025, 14:42
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
14-11-2025, 14:01
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
14-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
14-11-2025, 11:19
Xidmətə yararsız gənci əsgərliyə göndərən həkimlər cəzalandırılıb
14-11-2025, 10:35
Faciəli şəkildə həlak olan jurnalist sabiq məmurun oğlu imiş
14-11-2025, 08:35
Təyyarə qəzasında həlak olan hərbçilərin cənazələri Türkiyəyə gətirilib
13-11-2025, 20:26
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
13-11-2025, 17:03
Qıjı bitkisindən nadir mineral əldə edilib
13-11-2025, 15:21
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
13-11-2025, 15:15
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
13-11-2025, 13:12
MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
13-11-2025, 13:08
Nazir: “Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq”
13-11-2025, 12:22
Təyyarə qəzasında həlak olan son şəhidin cəsədi tapılıb - Fotolar
13-11-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
13-11-2025, 12:08
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib
13-11-2025, 11:09
Sabiq deputat: "Həbsxanalarda qanunun aliliyi təmin olunmalıdır"
13-11-2025, 09:09
Mars haqqında yeni elmi məlumatlar əldə edilib - Fotolar
12-11-2025, 17:28
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlanıb
12-11-2025, 16:56
Rüfət Hacıyevə hökm oxunub, əmlakı müsadirə olunub
12-11-2025, 16:48
İş adamının bahalı avtomobillərinə həbs qoyulub
12-11-2025, 15:03
"UĞUR 777 estetik mərkəzi"nin rəhbərliyinə cinayət işi açılıb

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək