21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"Bütün təhsil müəssisələrində dərslər yanvarın 7-də başlayacaq" - Nazirlik açıqlama yaydı
Tarix: 26-12-2019 22:19 | Bölmə: Cəmiyyət
"Bütün təhsil müəssisələrində dərslər yanvarın 7-də başlayacaq" - Nazirlik açıqlama yaydı

Təhsil Nazirliyi bəzi media orqanlarında altı günlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair məlumatlara münasibət bildirib.

Reyting.az bildirir ki, nazirlik belə bir açıqlama yayıb:

"Təhsil Nazirliyi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər