Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - Video
İrana hansı ssenari tətbiq olunacaq?
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
İlham Əliyev Tərtərdə zavod açılışında iştirak edib - (Yenilənib) - Fotolar
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
Z nəsli dünyanın ən varlı nəsli olacaq
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Hakimiyyət fundamental islahatlara getmək məcburiyyətindədir
Tarix: 06-10-2016 13:56 | Bölmə: Cəmiyyət / Xəbərlər

Azərbaycanda 2013-cü il yanvarın 1-dək inşa edilmiş və hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır.
Reyting.az-ın xəbərinə görə, Milli Məclisdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırkı "Daşınmaz əmlakın dövlət reyetri haqqında” qanuna görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair əsaslara (hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daxildir.
Qanuna edilən yeni dəyişikliklərdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara daha biri əlavə edilib.
Yeni layihədə təklif edilib ki, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara daxil edilsin.
Bu dəyişiklik Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq məqsədilə hazırlanıb.
Milli Məclisin deputatı Çingiz Qənizadə Trend-ə bildirib ki, yeni təklif edilən dəyişikliklərə görə, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olduqdan, yəni özəlləşdirildikdən sonra torpaq üzərində tikinti aparıla bilər: "Torpaq mülkiyyəti üçün çıxarış almadan onun üzərində tikinti aparıla bilməz. Həmin ərazidə ev tikmək istəyən şəxs gələcəkdə torpağı özəlləşdirməlidir. İndi təklif edilir ki, torpaq əvvəlcədən özəlləşdirilsin, torpaq mülkiyyəti haqqında dövlət reyestrindən çıxarış alınsın, sonra həmin ərazidə tikinti aparılsın. Yəni, torpağı özəlləşdirməsən, orada tikinti işlərinə başlaya bilməzsən”.
Ç.Qənizadə qeyd edib ki, bunu dəyişikliyi asanlaşdırma kimi qəbul etmək olar: "Mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadıqda problemlər yaranırdı. Bəzən bələdiyyə üzvləri bildirirlər ki, torpaq sahəsi doğru hesablanmayıb. Yaxud mülkiyyət hüququnu təsdiq etməmisənsə, torpaq sənin olsa da, tikinti aparmırsansa, bələdiyyə o torpağı başqasına sata bilər. Bu səbəbdən mübahisələr yarana bilər. Torpaq mülkiyyətilə bağlı qanuni sənəd - dövlət reyestrindən çıxarış alındıqdan sonra bələdiyyə, icra strukturu nümayəndələri tikinti aparılması ilə bağlı problem yarada bilməzlər. Amma mülkiyyət üzərində hüquq təsdiq edilməyibsə, bu, mübahisə predmeti ola bilər”.
Ç.Qənizadə bildirib ki, mülkiyyət hüququnu təsdiq edən sənəd dövlət reyestrindən çıxarışdır. Çıxarış olduqdan sonra artıq mülkiyyət həmin şəxsin mülkü hesab olunur.
Bölməyə aid digər xəbərlər
















Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir