09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İcra başçısı karantin qaydalarını pozub: İsayev oğluna toy məclisi təşkil edib - Yenilənib
Tarix: 17-07-2020 01:15 | Bölmə: Cəmiyyət
İcra başçısı karantin qaydalarını pozub: İsayev oğluna toy məclisi təşkil edib

Bərdə rayonunun icra başçısı Vidadi İsayev oğlu Tural üçün toy məclisi edib.

Reyting.az
Axar.az-a istinadla xəbər verir ki, karantin rejiminin tələblərinə məhəl qoymayan Vidadi İsayev toy məclisini Yevlax şəhərindəki villasında gerçəkləşdirib.

Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.

Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışdığı barədə bildirilir.

İcra başçısı karantin qaydalarını pozub: İsayev oğluna toy məclisi təşkil edib

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq faktı təkzib edib:

“Bu məlumat tamamiə yalandır. Karantin dövründə Prezidentin dönə-dönə göstəriş və tapşırıqlar verdiyi bir vaxtda hansı icra başçısı toy edər?”.

DİN rəmisi bildirib ki, bu məlumatı ilk yayan icra başçısı ilə ədavət olan biridir.

Məsələyə münasibət bildirən Vidadi İsayev xəbərin həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu deyib:

"Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "ZAKS"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib".

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq