09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Abşeronda ağır qəza: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Tarix: 17-07-2020 13:30 | Bölmə: Cəmiyyət
Abşeronda ağır qəza: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, hadisə iyulun 16-da saat 23 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Hökməli qəsəbə sakini K.İbadovun idarə etdiyi “VAZ-21099” və Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölüb,  E.Sadıqovun 4 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq