16:39 / 28-11-2024
Sabah qar yağacaq
Məleykə Abbaszadə: “Avqustun 13-14-ü qəbul imtahanları başlaya bilər"
Tarix: 17-07-2020 14:24 | Bölmə: Cəmiyyət
Məleykə Abbaszadə: “Avqustun 13-14-ü qəbul imtahanları başlaya bilər"

“Təxminən avqustun 13-14-ü qəbul imtahanları başlaya bilər. Bu tarix də hələ ki dəqiq deyil. Çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır”. 

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə bağlı danışarkən deyib. 

O qeyd edib ki, avqust ayında 4 gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. 

M.Abbaszadə bildirib ki, avqustun 10-a qədər rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur: “Dövlət qulluğu ilə əlaqəli müəyyən təxirə salınan imtahanların da avqustun 1-dən 10-a qədər olması nəzərdə tutulur”.

Report




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər