17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycan iki ermənini rus sülhməramlılarına qaytarıb
Tarix: 04-12-2020 17:02 | Bölmə: Cəmiyyət
Azərbaycan iki ermənini rus sülhməramlılarına qaytarıb

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti müharibə zamanı itkin düşərək Azərbaycanın nəzarətində olan ərazilərdə qalan iki ermənini tapıb evlərinə qayıtmasına köməklik edib.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, noyabrın 30-da Qarabağın Əsgəran bölgəsində yaşayan Abartsumyan Ademnik və Xaçaturyan Ramidin itkin düşməsi barədə məlumat daxil olub.

Mülki ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə saxladığı məlum olub. Rusiya kontingentinin komandiri Rüstəm Muradov Azərbaycan tərəfi ilə danışıqlar aparıb və iki erməninin sərbəst buraxılmasına nail olub.

Bu gün Abartsumyan Ademnik və Xaçaturyan Ramid Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə İrəvana gətirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}