Cinayətkar generalın səhhəti məhkəmədə pisləşib - Video
Tarix: 16-02-2021 16:35 | Bölmə: Cəmiyyət
Cinayətkar generalın səhhəti məhkəmədə pisləşib

Bu gün Yerevanda sabiq prezident Robert Köçəryan da daxil olmaqla Ermənistanın keçmiş hökumət üzlərinin məhkəmə prosesi keçirilib.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, prosesdə ittiham olunan cinayətkarlardan biri - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, general Yuri Xaçaturov özünü pis hiss edib.

Məhkəmə fasiləsi zamanı onun üçün təcili tibbi yardım avtomobili çağırılıb.

Məhkəmə iclası zamanı hakim Anna Danibekyan Xaçaturovdan məhkəmədə iştirak etmək inkanlarını soruşub. Xaçaturov başının gicəlləndiyi və təzyiqinin düşdüyünü deyib.

Hakim belə vəziyyətdə prosesin davam etdirilməsinin mümkünsüzlüyünü diqqətə çatdıraraq prosesi fevralın 23-nə dək təxirə salıb.

Vəkil Erik Aleksanyan növbəti iclasın fevralın 23-nə salınmasına etiraz etsə də, hakim bunu ciddiyə almayıb.

Qeyd edək ki, Robert Köçəryan da daxil olmaqla bir qrup keçmiş hakimiyyət nümayəndələrinə qarşı müxtəlif ittihamlar irəli sürülüb. Köçəryanı və onun Qarabağda Azərbaycan əhalisinə qarşı böyük cinayətlər törətmiş komanda yoldaşlarını 2008-ci ilin mart hadisələri zamanı Ermənistandakı aksiyalarda xalqa qarşı silah işlətməkdə ittiham edirlər. General Xaçaturovun isə əsgər “duşonka”sı da daxil olmaqla orduda talançılıq etdiyi bildirilir.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq