Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib - Foto
Tarix: 17-02-2021 10:33 | Bölmə: Cəmiyyət
Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib

Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

Reyting.az
xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, Sumqayıt şəhərində doğulan İlkin Məlikov qanunsuz olaraq partlayıcı qurğuları əldə etmə, terrora dəstək və mütəşəkkil qrup tərəfindən törədilən terror aktına hazırlıqda təqsirli bilinir.

26 yaşlı İlkin Məlikov barəsində dövlətlərarası axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib.(APA)





Bölməyə aid digər xəbərlər