Quba polisi gücləndirilmiş rejimə keçib - Fotolar
Tarix: 17-02-2021 16:00 | Bölmə: Cəmiyyət
Quba polisi gücləndirilmiş rejimə keçib

Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.

DİN-nin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Reyting.az-a verilən məlumata görə, DYPB-in inspektorları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər görülür. Nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.







Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq