00:21 / 12-09-2025
Netanyahu: Fələstin dövləti olmayacaq
00:10 / 12-09-2025
Zelenski liderləri üçtərəfli sammitə çağırır
00:07 / 12-09-2025
Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb
00:04 / 12-09-2025
Tramp: Hücum etsəniz, sizi ovlayacağıq
00:02 / 12-09-2025
Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb
23:47 / 11-09-2025
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
22:53 / 11-09-2025
Qubada güclü sel körpünü dağıdıb
22:29 / 11-09-2025
ABŞ husilərə ən böyük sanksiyasını tətbiq edib
18:03 / 11-09-2025
Lukaşenko: "Sülhün bərqərar olmasında Trampa kömək etməyə hazıram"
17:57 / 11-09-2025
"SOCAR Romania” rəsmisi haqda şok iddialar yayılıb
17:43 / 11-09-2025
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
17:27 / 11-09-2025
Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib
17:24 / 11-09-2025
İki NATO ölkəsi Rusiya və Belarusla sərhəddə səmanı bağlayıb
17:06 / 11-09-2025
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
17:04 / 11-09-2025
İsrail şirkəti: "Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir"
16:36 / 11-09-2025
Prezident İlham Əliyev sərəncam imzalayıb
16:26 / 11-09-2025
Sürücülük vəsiqəsi ilə bağlı yeni qərar verilib
16:23 / 11-09-2025
Zelenski: Polşaya hücum 2014-cü il Krım hadisələrinə bənzəyir
16:23 / 11-09-2025
Konstitusiya Məhkəməsinə Aparat rəhbəri təyin olunub
16:20 / 11-09-2025
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
16:11 / 11-09-2025
"Qarabağ" klubu iki nigeriyalı futbolçu alıb
16:08 / 11-09-2025
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
15:48 / 11-09-2025
Belarusda 50-dən çox siyasi məhbus azadlığa buraxılıb
15:15 / 11-09-2025
Ankara şəhərində zəlzələ olub
15:06 / 11-09-2025
Sığorta şirkətlərindən şikayətlər artır - Siyahı
14:53 / 11-09-2025
Dövlət obyektləri icarəyə verilir - Siyahı
14:21 / 11-09-2025
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
13:31 / 11-09-2025
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
12:59 / 11-09-2025
Finlandiya prezidenti Ukraynaya gəlib
12:27 / 11-09-2025
NATO Ukrayna səmasında rus təyyarələrini vurmalıdır - Diplomat
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

15:20 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

Niyaz Niftiyevə ilkin ittihamla hüquqi bağlılığı olmayan ittiham irəli sürülüb
Tarix: 09-03-2021 20:03 | Bölmə: Cəmiyyət

11 aydır həbsdə saxlanılan tanınmış jurnalist, Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyevin məhkəmə prosesi davam edir.
Reyting.az xəbər verir ki, “Bakupost”un əməkdaşı Niyaz Niftiyevin istintaq materialları ilə tanış olub, onun əslində, nədə təqsirli bilindiyini, niyə heç bir vəsatətinin qəbul edilmədiyini, niyə 11 ay davam edən istintaq müddətində polis nəzarətinə verilmədiyini araşdırıb.
İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyevin imzası var. O 4 arayışdan biri iş yerini təsdiq edən sənəd kimi Rəhimə Zeynalova adlı Bələdiyyə əməkdaşına verilib. İstintaqı aparan müstəntiq iş yerini təsdiq edən arayışı guya, karantin dövründə hərəkət hüququ qazanmaq üçün verilən sənəd kimi işə əlavə edib. Amma Niyaz Niftiyevin ifadəsindən görünür ki, bu, hərəkət hüququ qazandırmaq üçün deyil, məşğul olduqları fəaliyyət sahəsini təsdiq etmək üçün verilib. Arayışlarda qeyd olunub ki, pandemiya dövründə hərəkət hüququ qazanmaq üçün icaze.gov.az saytında qeydiyyatdan keçsinlər. Bu 3 arayışın 2-də məişət tullantılarına borca görə ayrı-ayrılıqda 19 və 30 manat məbləğində ödəniş alınıb.
Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

İstintaq materiallarından görünür ki, müstəntiq 23 dekabrda müdafiəçinin verdiyi vəsatətə baxmadan ittiham aktını tərtib edib, elə həmin gün də ittiham aktını imzalayıb. Hansı ki, Cinayət Prosessual Məcəlləsinin 287.1 maddəsinə əsasən cinayət prosesi iştirakçının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saata kimi vaxt verilə bilər.
İttiham aktında qeyd olunur ki, guya, Niyaz Niftiyev əvvəlki sədr Mətanət Nəsibovanın imzasını oxşatmaqla 1 gündə 20 arayış verib. Həmin arayışların da 7-sindən müvafiq şöbə tərəfindən 10, 15, 20 və digər xırda məbləğlərdə ümumilikdə 175 manat ödəniş alınıb. Amma Niyaz Niftiyev bu iddianı qətiyyətlə rədd edib və bu barədə faktları, 9 sənədin surətini istintaqa təqdim edib. Təəssüf ki, istintaq bu faktları da nəzərə almayıb.
Niyaz Niftiyevə qarşı ittiham irəli sürülən maddələrdən biri rüşvətlə bağlıdır. Amma iş üzrə ifadə verən və ittiham aktında əks olunan heç bir epizod üzrə kimdənsə rüşvət almağı və yaxud kiminsə yerinə imza atmağı öz təsdiqini tapmır. Bu faktı əməliyyat çəkilişi də sübut edir. İttiham aktında da qeyd olunur ki, Mətanət Nəsibovanın imzasını oxşatmaqla çəkdiyi digər 13 arayışdan hər hansı bir ödəniş alınmayıb.
Aktın davamında çox maraqlı bir cümlə yazılıb. Qeyd olunub ki, bu arayışları rüşvət qarşılığında deyil, nüfuz qazanmaq üçün verib(!). Maraqlıdır, Niyaz Niftiyev nüfuz qazanmaq üçün Mətanət Nəsibovanın imzasını niyə oxşatmalıdır? Müstəntiqin qeydlərindən belə çıxır ki, Niftiyev nüfuz qazanmaq üçün saxta arayış verib. Yəni burada heç bir rüşvətalmadan söhbət getmir. Hər kəsə bəllidir ki, illərdir, bələdiyyə tərəfindən minlərlə oxşar məzmunlu arayışlar verilir. İstintaq orqanı təsdiqləyir ki, arayış verilən xeyli sayda şəxs var ki, onların məişət tullantıları ilə bağlı borcları olmadığı üçün heç bir ödəniş etmədən arayış alıblar. Bu, əslində, müstəntiqə N. Niftiyevə açılmış cinayət işinə xitam vermək üçün əsas ola bilərdi. Amma nə baş verib? İstintaq bunu Niyaz Niftiyevin həmin şəxslərin yanında nüfuz qazanmaq üçün arayışları verdiyi nəticəsinə gəlib.
Açıq görünür ki, ilkin ittiham öz təsdiqini tapmadığı üçün cinayət işinin icraatına xitam verilməli olduğu halda, istintaq orqanı heç bir əsas olmadan, əlavə araşdırılmalar aparıb, ilkin ittihamla hər hansısa bir hüquqi bağlılığı olmayan ittiham irəli sürülüb.
Qeyd edək ki, N. Niftiyev 1998-ci ildən 2020-ci ilin yanvar ayına kimi “Azadinform” İnformasiya Agentliyində parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində çalışıb.
15 il Prezident Admnistrasiyası üzrə akkreditasiya olunmuş müxbir kimi fəaliyyət göstərib.
2011-ci ildə Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
2015-ci ildə “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, 2017-ci ildə isə “Mətbuatda multikulturalizm” kitablarını yazıb.
2018-ci ildə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilib.
23 dekabr 2019-cu ildə Binəqədi qəsəbə Bələdiyyəsinə üzv seçilib.
17 yanvar 2020-ci ildən 07 aprel 2020-ci ilə kimi Binəqədi qəsəbə Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb.
07 aprel 2020-ci ildə Binəqədi qəsəbə Bələdiyyəsinin sədri seçilib. Cəmi bir həftə sonra həbs olunub.
Bölməyə aid digər xəbərlər

Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
5-09-2025, 17:07
Əli Əsədov qərar imzalayıb
5-09-2025, 16:58
Qadını maşınla vuran sürücü döyülüb
5-09-2025, 16:41
Bakıda evlərə girən qadın saxlanııb - Video
5-09-2025, 13:36
Sabah hava necə olacaq? - Proqnoz
5-09-2025, 12:37
Füzulidə yanğın törədən şəxs tutulub
5-09-2025, 12:33
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
5-09-2025, 11:32
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə nəticələri açıqlanıb