Rusiyadakı ən zəngin azərbaycanlı biznesmenlərdən biri həbs edilib
Tarix: 10-03-2021 13:13 | Bölmə: Cəmiyyət
Rusiyadakı ən zəngin azərbaycanlı biznesmenlərdən biri həbs edilib

Rusiyanın, xüsusilə Sankt-Peterburq şəhərinin qida sahəsində ən böyük şirkətlərindən sayılan “İntertorq”un və “Spar” ərzaq mağazaları şəbəkəsinin həmsahiblərdən olan Allahverdi Abdullayev həbs olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Allahverdi Abdullayevlə birlikdə şirkətin 2 meneceri də saxlanılıb. A. Abdullayev “Sberbank”dan 8 milyard rubl (107 milyon dollar) vəsaiti oğurlamaqda təqsirli bilinir.

İstintaq sənədlərində kredit adı ilə dövlət bankları və s. maliyyə müəssisələrindən alınan vəsaitin xaricə çıxarıldığı vurğulanır.

Xatırladaq ki, Allahverdi Abdullayev qardaşı Müşfiq Abdullayevlə birgə Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda aktiv bizneslə məşğul olur. Onlara məxsus “İntertorq” Holdinqi – “Narodnaya Semya”, “İdeya” və “Spar” (regional franşiza) mağazalar şəbəkəsi aktiv fəaliyyət göstərir. 2018-ci ildə Abdullayevlər mağazalarının ümumi sayını 1000-ə çatdırmağı planlaşdırsalar da, həmin ildən “İntertorq” şirkəti ciddi maliyyə sıxıntısı ilə üzləşib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq