Daha bir məktəbdə koronavirusa görə dərslər dayandırılıb
Tarix: 10-03-2021 18:08 | Bölmə: Cəmiyyət
Daha bir məktəbdə koronavirusa görə dərslər dayandırılıb

Kürdəmir rayonunda bir sinifdə dərslər müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, buna səbəb Kürdəmir rayonu, 1 saylı orta məktəbin 2b sinifində şagirlərdən birində koronavirus infeksiyasının aşkarlanmasıdır.

Bu barədə Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzi qərar qəbul edib.

Kürdəmir rayon Təhsil Şöbəsindən “Report”un yerli bürosuna faktı təsdiqləyiblər.




Bölməyə aid digər xəbərlər