Ermənilər Qarabağda 6 hərbçinin qalıqlarını tapıb
Tarix: 10-03-2021 19:17 | Bölmə: Cəmiyyət
Ermənilər Qarabağda 6 hərbçinin qalıqlarını tapıb

Bu gün Azərbaycanın Füzuli və Xocavənd rayonları ərazisində aparılan axtarış işləri nəticəsində daha 6 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Ermənistan KİV-ləri xəbər verir ki, cəsədləri tapılan hərbi qulluqçuların şəxsiyyəti müayinələr nəticəsində müəyyən ediləcək.

Son məlumata görə, 10 noyabr 2020-ci ildəki atəşkəs razılaşmasından indiyə kimi Qarabağ ərazisində 1496 erməninin cəsədi tapılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər