“Azəriqaz”da kadr dəyişikliyi olub
Tarix: 11-03-2021 12:28 | Bölmə: Cəmiyyət
“Azəriqaz”da kadr dəyişikliyi olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

“Azəriqaz”dan Reyting.az-a bildirilib ki, Baş direktor Ruslan Əliyevin imzaladığı əmrlərlə Fariz Rza oğlu Məmmədov digər işə keçməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub. Bu vəzifəyə Zaur Ləyaqət oğlu Məmmədov təyin edilib.

Z.Məmmədov bu təyinata qədər Bakı Regional Qazın Satışı Departamentinin rəisinin Xəzər rayonu Xidmət Sahəsi üzrə müavini vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq