Gürcüstan azərbaycanlıları hökumətə müraciət ediblər
Tarix: 11-03-2021 18:07 | Bölmə: Cəmiyyət
Gürcüstan azərbaycanlıları hökumətə müraciət ediblər

Gürcüstanda azərbaycanlıların təmsil olunduğu bir neçə təşkilat və ictimai fəal ölkənin baş naziri İrakli Qaribaşviliyə müraciət ediblər.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, müraciət müəllifləri Novruz Bayramı günü Gürcüstanda tətbiq olunan “komendant saatı”nın ləğvini xahiş edirlər.

Sənəddə qeyd olunub ki, bayramın qeyd olunması, qonaq getmək və tonqal qalamaq axşam saatlarına təsadüf edir. Bu səbəbdən bayramın ənənələrinə uyğun tədbirlərin qanun pozuntusuna yol vermədən keçirilməsi üçün “komendant saatı”nın aradan götürülməsi təklif olunur.

Müraciət bu gün hökumət administrasiyasına təqdim edilib.

Qeyd edək ki, Gürcüstanda pandemiya səbəbindən ötən ilin noyabrından saat 21:00-dan saat 05:00-dək ölkə üzrə piyadalar və avtomobillərin hərəkətinə icazə verilmir.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq