Şantajla məşğul olan şəxslərlə bağlı cinayət işi açılıb
Tarix: 12-03-2021 13:34 | Bölmə: Cəmiyyət
Şantajla məşğul olan şəxslərlə bağlı cinayət işi açılıb

Ağstafa Rayon Polis Şöbəsinə (RPŞ) cari il fevral ayının 14-də və 15-də internet xəbər saytlarından birində bölgə müxbiri işləyən, əvvəllər məhkum olunmuş F.Quliyevin və Ağstafa şəhər sakini V.Zeynalovun rayon sakinləri Z.Qasımov və Z.Mustafayev barəsində sosial səbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan 500 manat pul tələb etmələri barədə müraciət daxil olub.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq araşdırmaları aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq