DYP-dən sürücülərə hava ilə bağlı daha bir - Xəbərdarlıq
Tarix: 12-03-2021 14:48 | Bölmə: Cəmiyyət
DYP-dən sürücülərə hava ilə bağlı daha bir - Xəbərdarlıq

"Mövcud hava şəraiti ilə bağlı Bakı-Şamaxı yolunda hərəkət tamamilə dayanıb".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, çovğun və buzlaşma nəticəsində həmin ərazidə avtomobillərin hərəkətində problem yaranıb.
N. Piriyev qeyd edib ki, hazırda həmin istiqamətdə hərəkətin bərpası üçün aidiyyatı qurumlar tərəfindən işlər aparılır: “Bir daha xahiş edirik ki, qarlı, buzlu yollarda avtomobil idarə etmək bacarığı olmayan sürücülər həmin istiqamətdə səfərə çıxmasınlar”/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq