7 iddiaçı Qarabağda regional radio kanalı açmaq istəyir
Tarix: 12-03-2021 18:51 | Bölmə: Cəmiyyət
7 iddiaçı Qarabağda regional radio kanalı açmaq istəyir

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-dan bildiriblər ki, müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib. Bunlar "Real Təhlil İnformasiya Mərkəzi" MMC, "Caspian İnternational Broadcasting Company" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İsti Press" MMC, "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası və "ARB 24" MMC-dir.

"Televiziya və radio yayımı haqqında" qanuna əsasən, MTRŞ müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq